Seçmənin Həcmi Kalkulyatoru

Seçmənin həcmi kalkulyatoru araşdırma zamanı nəticələrin hədəf populyasiyanı dəqiqliklə əks etdirməsi üçün seçmənin minimum ölçüsünü, başqa sözlə, minimum respondent sayını hesablamağa yardım edir. Yalnız, qeyd edək ki, seçmənin həcmi reprezentativlik üçün ilkin zəruri, lakin kafi olmayan şərtdir.

Kalkulyatorun istifadəsi

  1. Etibarlılıq səviyyəsini seçin. Bu sizin nəticələrdən nə dərəcədə əmin olmaq istəyinizi əks etdirir.
  2. Arzuolunan səhv marjasını daxil edin. Bu, nəticələrin etibarlılıq intervalını göstərir. Məsələn, səhv marjasını “3” olaraq daxil etdiyinizdə, bu o dəməkdir ki, məsələn, sorğu nəticəsində seçmədə 90% alınmış cavab populyasiyada 87-93% intervalında dəyişə bilər, lakin bu intervaldan kənara çıxa bilməz.
  3. Əgər populyasiyanın dəqiq və ya təxmini həcmini (sayını) bilirsinizsə daxil edin. Əgər populyasiya çox böyükdürsə və ya populyasiyanın həcmi bilinmirsə həmin qutunu boş buraxın.
  4. Nəticədə tələb olunan minimum seçmə həcmi görünəcəkdir.

Seçmənin Həcmi Kalkulyatoru




Cavabın Dəqiqliyi (səhv marjası) Kalkulyatoru

Cavabın dəqiqliyi və ya səhv marjası kalkulyatoru sorğu nəticəsində alınmış cavabların populyasiya üçün  dəqiqlik dərəcəsini qiymətləndirməyə kömək edir.

Kalkulyatorun istifadəsi

  1. Əgər populyasiyanın dəqiq və ya təxmini həcmini (sayını) bilirsinizsə daxil edin. Əgər populyasiya çox böyükdürsə və ya populyasiyanın həcmi bilinmirsə həmin qutunu boş buraxın.
  2. Etibarlılıq səviyyəsini seçin. Bu sizin nəticələrdən nə dərəcədə əmin olmaq istəyinizi əks etdirir.
  3. Seçmənin həcmini daxil edin.
  4. Əgər xüsusi bir cavabın dəqiqliyini yoxlamaq istəyirsinizsə, o zaman cavab faizi hissəsində həmin cavabın araşdırma nəticəsində alınmış faizini (% işarəsiz) daxil edin. Əgər bütöv araşdırma üçün dəqiqlik dərəcəsi hesablamaq istəyirsinizsə, o zaman cavab faizi qutusunu olduğu kimi (50) saxlayın. Bu göstərici bütün cavablar üçün maksimum səhvi əks etdirir.
  5. Nəticə hissəsində səhv marjası görünəcəkdir.

Cavabın Dəqiqliyi (səhv marjası) Kalkulyatoru

XƏTA
UĞURLU ƏMƏLİYYAT
Yüklənir ...