Yeni ideya və konsepsiyaları test edin
Böyük investisiyalar etməmişdən əvvəl yeni məhsul konsepsiyalarını, kreativ aktivləri və kommunikasiyaları test edin. Yeni məhsul və ya xidmətinizin xüsusiyyətləri necə olmalıdır, hansı loqotip variantı daha çox bəyənilir, sloqan və mesajlarınız necə başa düşülür və oxşar məsələləri öyrənin.
Brend kapitalınızı ölçün
Brendiniz nə dərəcədə tanınır, brendinizin xatırlanma səviyyəsi nə qədərdir, hədəf auditoriyanızın hansı hissəsi məhsullarınızı alır, loyallıq və bənzəri brend ölçülərini müəyyən edin. Brendinizin imicini, güclü və zəif tərəflərini öyrənin.
Müştəri təcrübələrini öyrənin
Brendinizin bütün təmas nöqtələrində müştərilərlə yaşadığı təcrübələri öyrənin. Müştəriləriniz məhsul və ya xidmətlərinizdən nə dərəcədə məmnundur? Məmnunluq və loyallıq yaradan faktorlar nələrdir? Məmnunsuzluğun səbəbi nədir? Brendiniz nə dərəcədə tövsiyyə olunur? və oxşar suallarınıza cavab tapın.
İstehlakçı davranışlarını aşkar edin
Hədəf müştərinizin məhsul seçimi və alış qərarlarını, alış-veriş vərdişlərini və istifadə vərdişlərini aşkar etməklə daha dəyərli təkliflər hazırlayın, məhsul və xidmətlərinizi daha effektiv kommunikasiya edin və çatdırın.
Brendinizi davamlı izləyin
Brendinizin şirkət hədəfləriniz izləməsi üçün siz də brendinizi izləməlisiniz. Seçilmiş brend ölçüləri - tanınma səviyyəsi, alış səviyyəsi, müştəri məmnuniyyəti indeksi, NPS və s. üzrə periodik (3 ay, 6 ay, 12 ay) araşdırmalarla brendinizin mövqeyindəki dəyişiklikləri izləyin.
Reklamlarınızın effektivliyini ölçün
Reklam araşdırmalarına kiçik investisiya ayırmaqla böyük yatırımlar etdiyiniz reklam kampaniyalarının risklərini azalda bilərsiniz. Video reklam alətindən istifadə etməklə reklam mesajlarını, qavranılmanı, uyğunluğu və digər meyarları geniş kütləyə çıxmamışdan əvvəl test edin. Pre-ad və Post-ad araşdırmalar etməklə reklamlarınızın təsirini ölçün.
Abunə olun
İstehlakçılar, biznes mühiti və araşdırma ilə bağlı ən son yenilikləri bizdən oxuyun.