Şirkətlər və araşdırmaçılar sorğu tərtib edir
Şirkətlərin marketoloqları, araşdırma menecerləri və digər məsul şəxsləri, həmçinin kiçik biznes sahibləri, F/Ş kimi sahibkarlıq fəaliyyəti göstərənlər, elmi və sosial araşdırmaçılar paneldə müvafiq bölmələrdə hesab yaradır. Müasir anket yaratma alətlərindən, hazır sorğulardan, sual bankından, uyğun respondentləri hədəfləmə alətlərindən və panelin digər imkanlarından istifadə edərək sorğu tərtib edir. Sorğular seçilmiş kriteriyalara uyğun respondentlər tərəfindən cavablandırılır və araşdırma sponsoruna sistem tərəfindən real-vaxt rejimində hesabat təqdim olunur. Sorğu tam cavablandırıldıqdan sonra isə sifarişçi daha dərin analizlər üçün nəticələri “excel” faylında endirə bilir.
İstehlakçılar (respondentlər) sorğuları cavablandırır
Araşdırma.az panelində qeydiyyatdan keçmiş hər bir istehlakçının unikal hesabı olur. Araşdırma sifarişçiləri tərəfindən hazırlanmış sorğular və ya anketlər istehlakçı tərəfindən cavablandırılır və bunun müqabilində istehlakçının balansına ödəniş edilir. Hər bir anketin sualların sayından asılı olan qiyməti olur və anketin üzərində yazılır. İstehlakçılar balanslarındakı pulla kommunal ödənişlər edə bilər, onlayn alış-veriş edə bilər və ya bu pulu kart vasitəsilə nağdlaşdıra bilər. Bundan başqa, müəyyən sorğuların üzərində həm də lotoreya işarəsi mövcud olur ki bu işarə olan sorğuları cavablandıran respondentlərdən bəziləri anketin ödənişi ilə yanaşı uduşa da sahib olur. Araşdırma.az bu platformadan qazandığı pula ehtiyacı olmayan şəxslər üçün ehtiyac sahiblərinə ianə etmək imkanı yaradır. Bunun məqsədlə şəxsi kabinetdə «ianə et» düyməsi yerləşdirilmişdir.
Məlumatların keyfiyyəti necə təmin edilir?
- Hər bir istehlakçının mobil telefon nömrəsi ilə təsdiq edilmiş unikal hesabı olur. Bir istehlakçının iki hesabı ola bilməz.
- Sorğular yalnız hədəfləmə kriteriyalarına uyğun respondetlərə göndərilir.
- İstehlakçılar mobil telefon vasitəsi ilə şəxsiyyətini təsdiq edir.
- İstehlakçıların eyni və müxtəlif sorğularda cavablandırdığı suallar çarpaz təhlil olunur.
- Sorğuları tam, dəqiq və dolğun cavablandırmayan respondentlər kənarlaşdırılır.
- "Fraud detection" analizi aparılmaqla hiylələrin qarşısı alınır.
- Sorğunun və fərdi sualların cavablandırılması keyfiyyəti ilə bağlı müəyyən olunmuş informasiya (yalnız müştərilərə açıqlanır) sistem tərəfindən avtomatik qeyd edilir.
- Publik sorğularda bir cihazdan yalnız bir dəfə cavablandırmaq mümkün olur.
Abunə olun
İstehlakçılar, biznes mühiti və araşdırma ilə bağlı ən son yenilikləri bizdən oxuyun.