ƏN DƏQİQ CAVABLARI BURADAN ALIN
Araşdırma.az şirkətlər və müştərilərini bir-biri ilə yaxınlaşdıran onlayn araşdırma panelidir. Praqmatik araşdırmalarla istehlakçı əsaslı marketinqə və data əsaslı idarəetməyə ayaq uydurun, daha mənfəətli qərarlar qəbul edin.
İNDİ SINAYINİntuitiv anket yaratma alətlərindən, hazır sorğulardan və sual bankından istifadə etməklə sorğu yaradın, hədəf auditoriyanızı seçin və real-vaxt rejimində effektiv nəticələr əldə edin.
Ənənəvi üsullardan 5-10 dəfə az vaxt və xərc sərf etməklə ehtiyacınız olan məlumatları əldə edin. Artıq marketinq araşdırmaları kiçik və orta bizneslər üçün də əlçatandır.
Hədəfləmə alətlərindən istifadə edərək hədəf auditoriyanızı dəqiqliklə seçin. Doğru insanlardan etibarlı fikirlər alın.
FİKİRLƏRİNİZ DƏYƏRLƏNDİRİLİR.
İstehlakçılar üçün faydası nədir?
Araşdırma sifarişçiləri tərəfindən hazırlanmış sorğular və ya anketlər istehlakçı tərəfindən cavablandırılır və bunun müqabilində istehlakçının balansına ödəniş edilir. Hər bir anketin sualların sayından asılı olan qiyməti olur və anketin üzərində yazılır. İstehlakçılar balanslarındakı pulla kommunal ödənişlər edə, onlayn alış-veriş edə və ya bu pulu kart vasitəsilə nağdlaşdıra bilər. Bundan başqa, bəzi sorğularda həm də lotoreya oynanılır və bu sorğuları cavablandıran respondentlərdən bəziləri anketin ödənişi ilə yanaşı uduşa da sahib olur.
Araşdırma.az bu platformadan qazandığı pula ehtiyacı olmayan şəxslər üçün ehtiyac sahiblərinə ianə etmək imkanı yaradır. Bunun məqsədlə şəxsi kabinetdə «ianə et» düyməsi yerləşdirilmişdir.
Ən əsası, araşdırmalar məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, eləcə də müştəri ehtiyaclarına uyğunlaşdırılması məqsədi daşıyır. İstehlakçılar üçün ən böyük fayda məhz budur!
MÜŞTƏRİNİZ YANINIZDADIR.
Şirkətlər, marketoloqlar və araşdırmaçılar üçün faydası nədir?
Şirkətlərin marketoloqları, araşdırma menecerləri və digər məsul şəxslər “Araşdırma.az” panelində qeydiyyatdan keçməklə kəmiyyət araşdırmalarını qısa müddətdə, az xərclə və dəqiq istehlakçı hədəfləməsi ilə həyata keçirə bilərlər. Şirkətlər “Araşdırma.az” hesabı yaratmaqla müasir anket yaratma alətlərindən, hazır sorğulardan, sual bankından, hədəfləmə alətlərindən və real-vaxt rejimində təqdim olunan analizlərdən yararlanmaq imkanı qazanır. Şirkətlərin nümayəndələri ilə yanaşı fərdi şəxslər, F/Ş kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, sosial və elmi araşdırmaçılar araşdırmaçı kimi qeydiyyatdan keçə bilər.
Abunə olun
İstehlakçılar, biznes mühiti və araşdırma ilə bağlı ən son yenilikləri bizdən oxuyun.